Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2022

Sumqayıtda qətl hadisəsi baş verib

Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Zərərçəkmişin qohumu, 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP