Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2022

İslami Cihad: Türkiyə Fələstin xalqına xəyanət edir

Fələstin İslami Cihad Hərəkatının mətbuat katibi Tariq Səlmi bu gün (cümə axşamı) Türkiyə rejimi ilə sionist rejim arasında səfir mübadiləsini və iki tərəf arasında əlaqələrin ən yüksək səviyyədə təşviqini kəskin şəkildə pisləyib.

"Dunya əl-Vətən" informasiya agentliynin bildirdiyinə görə, T. Səlmi öz açıqlamasında işğalçı rejimin cinayətləri, gündəlik terror və təcavüzünün kölgəsində səfir mübadiləsinin bu rejimi daha çox cinayət törətməyə sövq etdiyini bildirib.

İslami Cihad Hərəkatının mətbuat katibi vurğulayıb: "İstənilən formada və istənilən ərəb və ya İslam ölkəsi tərəfindən (sionsit rejimlə) münasibətlərin normallaşdırılması Fələstin xalqının kürəyinə xəncər saplamaq deməkdir."

Qeyd edək ki, işğalçı sionist rejimin baş naziri və Türkiyə prezidenti çərşənbə axşamı telefon danışığında iki tərəf arasında əlaqələrin tamamilə normallaşdığını və səfirlərin mübadiləsini rəsmi şəkildə elan ediblər.


858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP