Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2022

Bakıda 39 yaşlı kişi üzərindəki qumbaranı partlatdı

Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Həmin şəxs digər qumbaranı dan partladığı bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İ.Nəcəfov saxlanılıb. 

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.


966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP