Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2022

Avropa Parlamentinin deputatı NATO-ya səsləndi: Xalq oyanıb, müharibə istəmir

Avropa Parlamentinin irlandiyalı deputatı "Mayk Vallas" tvitində yazıb: "Avropa cəmiyyəti NATO dəliliyindən oyanmaq üzrədir. İnsanlar müharibə deyil, sülh istəyir. Lakin NATO heç vaxt sülhdə maraqlı olmayıb və müharibənin yayılmasının səbəbi də budur.

Avropa Birliyi daxilində bir çox siyasətçinin başına nələr gəlmişdir ki, Litvadan tutmuş Almaniyaya, İrlandiyaya qədər dəhşətli dolanışıq xərclərindən əziyyət çəkən öz vətəndaşları hesabına ABŞ və NATO-nun müharibə proqramını dəstəkləməyə hazırdırlar?"

Həmin məsələ ilə əlaqədar olaraq, Çexiyada minlərlə insan şənbə günü ölkə hökumətinə, AB və NATO-ya etiraz etmək üçün küçələrə axışdı. Çexiyanın paytaxtı Praqada 70 minə yaxın insan hökumət əleyhinə nümayiş keçirdi. Onlar hakim koalisiyadan enerji qiymətlərinin artmasına nəzarət etmək üçün daha çox tədbir görməyi tələb etdilər, AB və NATO-ya qarşı olduqlarını elan etdilər.

Nümayişçilər sülh istədiklərini bildirərək hökuməti hərbi baxımdan bitərəf olmağa çağırdılar.


2217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP