Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2022

Fransa Yunanıstana görə Türkiyəyə xəbərdarlıq etdi

Çərşənbə axşamı Fransanın xarici işlər naziri Ketrin Kolona yunan həmkarı Nikos Dendias ilə görüşdən əvvəl Afinaya qarşı yeni təhdidlərə görə Türkiyəyə xəbərdarlıq edib.

"Protothema" qəzeti yazıb ki, Kolona mətbuat konfransında Türkiyəyə göndərilən mesajlarla bağlı suala cavab olaraq deyib: "Fransa həmişə Yunanıstanın suverenliyini dəstəkləyib və bu yanaşma heç vaxt dəyişməyəcək."

Kolona Suriyada qəsdən sabitliyi pozaraq əhalinin kütləvi şəkildə ölkədən qaçqın düşməsinə səbəb yaradan və bundan Avropa ölkələrinə təzyiq kimi istifadə edən Ankara rejiminin mövqeyini də izah edərək deyib: "Biz Belarus və Türkiyə kimi miqrasiya axınından Aİ-də sabitliyi pozmaq üçün alət kimi istifadə etməyə çalışan ölkələrə qarşı çıxmalıyıq."

Qeyd edək ki, Fransanın Yunanıstanla isti hərbi əlaqələri var və bu ölkənin hərbi texnika tədarükçüləri sırasındadır. Yunanıstan Fransadan hərbi gəmilər və qırıcılar alıb.

Türkiyə Müdafiə Nazirliyi Yunanıstanın bu ilin 8 ayı ərzində Türkiyənin hava və dəniz məkanını 1100 dəfədən çox pozduğunu açıqlayıb.

Yunanıstan və Türkiyə arasında enerji, immiqrasiya və ərazi iddiaları da daxil olmaqla, bir çox məsələlərdə fikir ayrılığı var.


2242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP