Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2022

Suriya XİN: Sionist rejimin Hələb hava limanına hücumu hərbi cinayətdir

Suriya Xarici İşlər Nazirliyi sionist rejimin mülki mərkəzlərə qarşı təkrar təcavüzünü hərbi cinayət adlandırıb.

Suriya Xarici İşlər Nazirliyi öz Tvitter hesabında yazıb: "Sionist rejimin təcavüzünün təkrarlanması, xüsusilə də Suriyadakı mülki mərkəzlərin sistemli və məqsədyönlü şəkildə hədəfə alınması, sonuncu dəfə Hələb Beynəlxalq Hava Limanına hücum edilməsi beynəlxalq hüquqa görə hərbi cinayətdir və İsrail buna cavab verməlidir."

Bəyanatda bildirilir ki, işğalçı sionist rejimin səlahiyyətliləri təhlükəli hücumları intensivləşdirməklə yenidən bölgənin sülh və təhlükəsizliyini təhdid edir və dinc əhalinin həyatını təhlükəyə atır, Suriyada və bölgədə mülki uçuşların əmin-amanlığını təhdid edir.

Suriya "SANA" rəsmi xəbər agentliyinin məlumatına görə, bu açıqlamada vurğulanır ki, Suriya qanuni hüququndan istifadə edərək öz torpağını və xalqını bütün lazımi vasitələrlə müdafiə edəcək və işğalçı rejim məmurlarının bu cinayəti törətdiklərinə görə məsuliyyətə cəlb edilməsinə səy edəcək.

Suriya xəbər mənbələri ötən gecə sionist rejimin Hələb hava limanını hava hücumları ilə hədəfə aldığını bildiriblər.


1863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP