Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2022

Trampla bağlı şok: Nüvə silahı da daxil olmaqla...

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində aparılan axtarışın əks-sədaları davam edir.

“Vaşinqton Post” qəzetinin iddiasına görə, Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında nüvə silahı da daxil olmaqla, adı açıqlanmayan xarici dövlətin müdafiə qabiliyyətinə dair çox məxfi dosye var.

Nəşr adı açıqlanmayan mənbələrin adı çəkilməyən ölkənin ABŞ tərəfindən dost və ya düşmən kateqoriyasında qəbul edilib-edilmədiyinə dair heç bir ipucu verilmədiyini bildirib.

Məqalədə Trampın evində tapılan sənədlərin mahiyyəti ilə bağlı iddialar da yer alıb. İddia olunur ki, sənədlərin bəziləri təkcə “ən məxfi” kateqoriyasına aid edilməyib, həm də gizli əməliyyatların təfərrüatlarını özündə əks etdirir və yalnız xüsusi icazəsi olan şəxslər əldə edə bilirlər.

Qeyd edək ki, avqustun 8-də FTB agentləri tərəfindən Trampın Mar-a-Laqodakı evində axtarış zamanı 11 mindən çox rəsmi sənəd və fotoşəkilin tapıldığı açıqlanıb.


1859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP