Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2022

İraqlı hərbçilər İmam Hüseynin (ə) zəvvarlarına xidmət göstərirlər - Fotolar

İmam Hüseynin (ə) hərəmini ziyarət etmək üçün Ərbəin yürüşünə qatılan zəvvarlarının sayının artmasının ardınca İraq hərbçiləri də zəvvarların asayişini və təhlükəsizliyini qorumaq üçün bütün səylərini göstəriblər.

İmam Hüseynin (ə) Ərbəin mərasiminə bir həftədən az qaldığı bir vaxtda, dünyanın hər yerindən zəvvar seli Kərbəla şəhərinə çatmaq üçün İraqa yola düşüb. Son günlərdə İraq ordusunun əsgərləri və Həşd-Şəbi qüvvələri zəvvarların yolunda geniş iştirakla onların asayişini və təhlükəsizliyini qorumaq üçün bütün səylərini səfərbər ediblər.

Digər tərəfdən, İmam Hüseyn (əleyhissalam) Hərəminin sözçüsü Əli Şubbər bazar günü builki Ərbəin mərasiminin İraq tarixində ən böyük mərasim olacağının gözləndiyini bildirib.

O, mediaya açıqlamasında qeyd edib ki, Ərbəin yürüşü bu gündən ən möhtəşəm şəkil alıb. Belə ki, İraq və digər ölkələrdən çoxlu sayda zəvvar Kərbəlaya daxil olub.




2322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP