Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2022

Quru Qoşunlarının komandanı: "Arəş 2" pilotsuz təyyarəsi Hayfa və Təl-Əvivi vurmaq üçündür

İranın Quru Qoşunlarının komandanı "Arəş 2" pilotsuz təyyarəsinin nöqtəvuran təyyarə olduğunu bildirərək deyib: "Biz "Arəş 2" pilotsuz təyyarəsini xüsusi olaraq Hayfa və Təl-Əvivi vurmaq üçün nəzərdə tutmuşuq."

"İSNA"-nın verdiyi xəbərə görə, Quru Qoşunlarının komandanı general-mayor Kiyamərs Heydəri bu yaxınlarda keçirilən ordu təlimləri haqqında televiziyaya verdiyi müsahibəsində deyib: "Bu təlimlər müdafiə yanaşması olan əvvəlki məşqlərdən fərqli idi. Bu gün keçirdiyimiz təlimlər hücum xarakterli və məqsədyönlü idi. Bu yanaşma, hərbi fəaliyyətləri izləyənlər üçün mənalı bir dəyişiklikdir. Növbəti xüsusiyyət bu təlimlərdə istifadə etdiyimiz taktika növüdür. Bu, lokallaşdırılmış taktika deməkdir. Dünyanın bütün orduları eyni vəziyyətdə eyni taktikadan istifadə edirlər. Lakin İran İslam Respublikası Ordusunun bir sıra yerli taktika və texnikaları quru qoşunlarına məxsusdur."

K. Heydəri quru qoşunlarının gecə əməliyyatlarına da toxunub və hücum helikopterlərinin gecə vaxtında əməliyyat həyata keçirməsi təlimlərini regionda yalnız İran Quru Qoşunları vasitəsilə icra edildiyini vurğulayıb.

General hərbi təlimlərdə istifadə edilmiş bir sıra raketlərə və onların daha çoxcəhətli, dəqiq və hədəfvuran olmasına də işarə edib.

"Arəş 2" pilotsuz təyyarə haqda izah verən komandan deyib: "Biz "Arəş 2" pilotsuz təyyarəsini xüsusi olaraq Hayfa və Təl-Əvivə hücum üçün nəzərdə tutmuşuq. Arəş bu iş üçün unikal bir təyyarədir.

Ordunun baş komandanı uşaq qatili olan sionist rejimin məhv edilməsi üçün struktur müəyyən etdi və "Arəş 2" həmin struktur üçün hazırlanıb. Həm istehsal məsələsində, həm də tətbiqində heç bir problemimiz yoxdur. Bu dron quru qüvvələrinə təhvil verilib və biz bu təlimdə və qarşıdan gələn təlimdə onun daha çox imkanlarını ortaya qoyacağıq."

Quru Qoşunların komandanı sonda qeyd edib ki, "Arəş 2" pilotsuz təyyarəsi hədəf vurandır, yəni 360 raketinin vurduğu nöqtə, Arəşin səhvsiz vura bildiyi nöqtədir.


1600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP