Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2022

Şiə Ərbəin günü hüznlü olmalıdır – Məliki Təbrizi

Səfər ayının iyirmisi İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin qırx günüdür. Həmçinin İmam Hüseynin (ə) müqəddəs başının bu gün dəfn edildiyi güman edilir.

Müraqib bəndə Səfər ayının iyirminci günü hüznlü və qəmli olmalıdır. Səy etməlidir ki, bir dəfə də olsa, İmam Hüseynin (ə) məzarının ziyarətinə getsin və o həzrətin məzarı ilə üzbəüz dayanıb onu ziyarət etsin.


Şiənin əlamətləri

Rəvayətdə gəlmişdir: "Şiənin, yaxud möminin beş əlaməti vardır:

hər gecə-gündüz əlli bir rəkət namaz qılmaq;

Ərbəin ziyarəti oxumaq;

sağ ələ üzük taxmaq;

səcdə edərkən alını torpağa qoymaq;

"Bismillahir-rəhmanir-rəhim"i ucadan oxumaq."

Əgər müraqib bəndə İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedə bilməsə, olduğu yerdə o həzrəti ziyarət etsin və bu rəvayəti oxuduqdan sonra onda deyilən əməlləri yerinə yetirsin və onlara qarşı diqqətli olsun. Bu əməlləri yerinə yetirməyi özünə lazım bilsin, belə ki, heç vaxt sol əlinə üzük taxmasın və "əgər sağ əldə üzük varsa sol ələ üzük taxmağın iradı yoxdur" deyənlərin sözünü dinləməsin. Çünki rəvayətdən belə məlum olur ki, sol ələ üzük taxmaq icazəli deyil. Əgər hətta mötəbər rəvayətdə sol ələ üzük taxmağın caiz olduğunu görsək, onun təqiyyə üzündən olduğunu bilək.


Ərbəin gününün sonunun əməlləri

Müraqib şəxs Ərbəin gününü məsum imamlara (ə) təvəssül etməklə başa vursun, Allahdan əhval və əməllərini yaxşılaşdırmasını istəsin.

Mirzə Cavad Ağa Məliki Təbrizi, "Əl-Muraqibat" kitabı


1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP