Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2022

Çili prezidenti sionist rejim səfirinin etimadnaməsini qəbul etməkdən imtina edib

Çili prezidenti Qabriel Boriç Font uşaq qatili olan sionist rejimin yeni səfirinin etimadnaməsini qəbul etməkdən imtina edib.

Sionist rejimə aid "Haaretz" qəzetinin bu gün səhər (cümə) verdiyi xəbərə görə, bu rejimin yeni səfiri öz etimadnaməsini təqdim etmək üçün Çilinin prezident sarayına daxil olub, lakin Çili prezidenti bu diplomatik mərasimi ləğv edib.

"Haaretz" Çili prezidentinin bu addımı atmasının səbəbini də açıqlayaraq yazıb ki, Çili prezidentinə sionist rejim qüvvələrinin İordan çayının qərb sahilinin şimalında 17 yaşlı fələstinli yeniyetməni şəhid etməsi barədə məlumat verildikdən sonra prezident bu mərasimi ləğv edib.

Fələstin Səhiyyə Nazirliyi dünən elan etdi ki, uşaq qatili olan sionist rejim qüvvələrinin Cenin bölgəsinin "Kəfərdan" kəndinə qəfil hücumundan sonra Adiyy Saleh adlı 17 yaşlı fələstinli yeniyetmə sionist qüvvələr tərəfindən şəhid edilib və daha 3 nəfər yaralanıb.


2294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP