Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2022

18 saat suyun altında; Hizbullah dalğıclarının Təl-Əvivə xəbərdarlığı - Video

Bir qrup livanlı dalğıc 18 saat sahil sularının dibində qalaraq dini mərasim keçiriblər.

İmam Hüseynin (ə) Ərbəini münasibətilə Livan Hizbullahına bağlı dalğıc qrupu Beyrut əyalətinin cənubundakı “Əl-Ciya” sahil bölgəsində 18 saat su altında qalıb, Quran tilavət edib və Aşura ziyarətnaməsi oxuyub.

Livandakı “Əl-Əxbar” qəzetinin müxbiri İman Bəşir “Delfin komandası” adlı bu dalğıc komandasının bəyanatını öz Twitter səhifəsində dərc edib.

Bəyanatda bildirilir:

“İmam Hüseynin (ə) Ərbəin günü münasibətilə dünən (şənbə) “Delfin komandası” adlı bir qurp dalğıc suyun altında 18 saat qalaraq ibadət mərasimi həyata keçirdilər. Belə ki, Livan və ərəb dünyasında bu ilk addımdır.
Bu müddət ərzində dalğıclar beş vaxt namaz qılıb, Quran tilavət edib, Aşura ziyarətnaməsi oxuyub, İmam Hüseyn (ə) bayrağını qaldırıblar.”
Bəyanatda vurğulanır ki, onlar bu aksiyanı İmam Zaman (əc), Ali Məqamlı Rəhbər, Seyid Həsən Nəsrullah, İslami müqavimətin şəhid ailələri və yaralılarına həsr ediblər. Bu mərasim səhər saat dörddən məğrib və işa namazlarına qədər davam edib.
Digər tərəfdən, bu tədbir elə bir şəraitdə keçirilib ki, Seyid Həsən Nəsrullah dünənki çıxışında Aralıq dənizi sularındakı Kariş yatağından qaz çıxarılacağı təqdirdə Hizbullah Hərəkatının sakit qalmayacağı ilə bağlı sionist rejimini bərk hədələyib. Buna görə də Hizbullah dalğıclarının su altındakı proqramı sionist rejim üçün mesaj ola bilər.
Bununla bağlı “Intel Sky”-ın Twitter hesabı da dalğıcların bu hərəkətinin sionist rejim üçün xəbərdarlıq olduğunu yazıb.




1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP