Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2022

Amos: Sionist rejim Livana imtiyaz verir

Sionist rejimin hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Amos Yadlin bu gün səhər (çərşənbə axşamı) iddia edib ki, Təl-Əviv nazirlər kabineti Beyrutla dəniz sərhədi mübahisələrini həll etmək səylərinin ardınca, gərginliyin azaldılmasının qarşısını almaq və Livan böhranının həllinə kömək etmək məqsədilə Livana imtiyaz verəcək.

"i24" xəbər saytının məlumatına görə, Yadlin deyib: "İsrail dəniz sərhədlərinin demarkasiyası məsələsində yumşaq davranacaq. Çünki biz itirəcək heç nəyi olmayan vəziyyətdə qalmış qonşuların olmasını istəmirik. Biz Livanda daha bir Qəzzanın olmasını istəmirik."

"Radio 103 FM"-ə verdiyi müsahibədə Yadlin deyib: "Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın bu məsələdə önəmli rolu onun Livanda baş verənlərə siyasi və hərbi nəzarətinin olduğunu göstərir."

O əlavə edib ki, sionist rejim bu gün Livanın sərhəd xəttini qəbul edib. Buna görə də Seyid Həsən Nəsrullahın Rəsün-Naqurə bölgəsi ilə bağlı tələblərinə yer yoxdur."

Yadlinin bu qabaqlayıcı iddiası elə bir vaxta açıqlanır ki, sionist rejim KİV-ləri dünən (bazar ertəsi) "İsrail Hizbullahın Livandakı baş katibi Seyid Həsən Nəsrullahın təhdidlərinə (qorxur və) diqqət yetirir və texniki səbəbləri bəhanə edilərək qazın çıxarılması dayandırılacaq" deyə bildiriblər.

Bundan əvvəl Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) Ərbəin günü münasibətilə çıxışında Təl-Əvivə xəbərdarlıq etmişdi ki, müqavimət hərəkatı heç vaxt Livanın hüquqlarınndan geri çəkilməyəcək və sionist rejimin Kariş yatağından qaz çıxarmasına icazə verməyəcək.

Hizbullah katibi sionist rejimi təhdid edərək bildirib: "Livan öz haqlı tələblərini yerinə yetirməyincə, biz onun yatağından neft və qazın çıxarılmasına icazə verməyəcəyik. Sionist rəsmilər sentyabrda hasilata başlayacaqlarını bildirsələr də, onu təxirə salmağa məcbur oldular. Karış yatağından qazın çıxarılmasına başlanılması bizim qırmızı xəttimizdir. Düşmənin bütün təhdidlərinin bizə heç bir təsiri yoxdur. Gözlərimiz Karişə baxır və raketlərimiz Kariş yatağı səmtinə tuşlanıb."


1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP