Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2022

Ankaranın ŞƏT-ə üzvlüyü qarşısında dayanan maneələr

Putinin ŞƏT-in işləri üzrə xüsusi nümayəndəsi: Ankaranın (ŞƏT-ə) üzvlüyünə maneə var. Türkiyə Rusiyanı bir nömrəli düşmən elan edən NATO üzvüdür.
Rusiya prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə bağlı məsələlər üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ali və tam səlahiyyətli səfiri Bəxtiyar Həkimov ötən həftə bildirib ki, ŞƏT Türkiyənin üzvlük ərizəsini alan kimi onu nəzərdən keçirəcək.
Eyni zamanda, rusiyalı diplomatın sözlərinə görə, Türkiyəni və ŞƏT-i bir-birinə bağlayan bütün müsbət cəhətlərlə yanaşı diqqətlə araşdırılacaq bir sıra amillər də mövcuddur.
O, nümunə olaraq qeyd edib ki, Türkiyə “Rusiyanı təkcə düşmən deyil, həm də onun bir nömrəli düşmən elan etdiyi” Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür.
Həkimov vurğulayıb: “Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbulu ilə bağlı qaydalar vardır. Bunlara Avrasiya regionuna mənsub olmaq, ŞƏT-ə üzv ölkələrlə fəal diplomatik, ticarət, iqtisadi və mədəni əlaqələr saxlamaq, ŞƏT-ə daxil olan ölkələrin heç biri ilə münaqişədə olmamaq, xarici hərbi münaqişələrə müdaxilə etməmək, BMT Təhlükəsizlik Şurası tərəfindən heç bir sanksiyanın olmaması, ŞƏT-in üzvlərinə qarşı düşmən münasibəti olan fəaliyyətlərdə və bloklarda iştirak etməmək kimi meyarlar daxildir. Namizəd ölkələrin üzvlük məsələsinə baxılarkən bu məsələlər araşdırılır.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən həftə Səmərqənddə keçirilən Şanxay Paktı Zirvə Toplantısında Ankara rejiminin ŞƏT-ə üzv olmaq istədiyini bildirmişdi.


3763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP