Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2022

Türkiyədə polisə silahlı hücum - İki qadın özlərini partlatdı

Türkiyənin Mersin şəhərində iki qadın polis yataqxanasına hücum ediblər.

Türkiyə mətbuatı xəbər verir ki, naməlum silahlıların polis yataqxanasını atəşə tutması nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, polislər silahlılara cavab atəşi açıblar, silahlılar hadisə yerindən qaçıblar.

Hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları cəlb edilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hucum edən terrorçu qadınlar polislər atışmada yaralanıb, daha sonra isə özlərini üzərlərində olan partlayıcı ilə partladıblar. Partlayış zamanı ölən və ya xəsarət alanlar haqda məlumat verilmir.


2000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP