Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2022

Almaniyalı rəsmi Ərdoğanı “kanalizasiya siçovulu” adlandırdı – Ankaradan cavab

Almaniya parlamentinin vitse-prezidenti Ərdoğanı kanalizasiya siçovulu adlandırıb.
Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçki Ərdoğanı diktator və kanalizasiya siçovulu adlandıraraq deyib: “O, qaçqınlardan siyasi silah kimi istifadə edir və təbii ki, Ukraynaya ağır silahlar göndərmək istəmir.”
Bundan əvvəl də bir sıra Avropa rəsmiləri Ankara rejimini bəzi qonşu ölkələrə hərbi müdaxilə edərək dinc əhalini öz vətənlərindən didərgin salaraq onlardan öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə təqsirləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi Almaniya parlamentinin deputatının Ərdoğana qarşı təhqiramiz ifadələrini kəskin şəkildə pisləyib.
XİN-nin sözçüsü Tanju Bilgiç deyib: “Volfqanq Kubiçkinin Aşağı Saksoniyada seçkiqabağı çıxışında prezident Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsini şiddətlə qınayırıq. Volfqanq Kubiçkinin təhqiramiz ifadələrinə görə Almaniyanın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə çağırdıq və ona xəbərdarlıq etdik.”
Bilgiç vurğulayıb ki, Kubiçkinin qəbuledilməz açıqlamaları parlament deputatına layiq deyil, mənəvi və siyasi məsuliyyətdən tamamilə məhrumdur.


1995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP