Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2022

Pxenyan iki ballistik raket buraxdı

Şimali Koreya Yaponiya dənizi istiqamətinə ballistik raket atıb.

Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilib ki, raketlər Yaponiyaya məxsus xüsusi iqtisadi zonadan kənara düşüb.

Bu, Şimali Koreyanın son həftə ərzində üçüncü, cari ilin əvvəlindən isə 22-ci raket sınağıdır.

Seulun ali hərbi qurumunun məlumatına görə, KXDR-in buraxdığı iki ballistik raket təxminən 350 kilometr məsafəni qətt edib, maksimal uçuş yüksəkliyi 50 kilometrə bərabər olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris iki gün əvvəl Seula birgünlük səfərə gəlib. O, Şimali Koreya ilə sərhəddəki hərbisizləşdirilmiş zonaya baş çəkib. Vitse-prezident Vaşinqtonun müttəfiqini qorumağa sadiq olduğunu bəyan edib və Pxenyanı insan haqlarını pozduğuna görə tənqid edib.


1970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP