Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2022

Hizbullah sionist rejimə Karişdən neft və qaz çıxarmağı qadağan etdi

Hizbullah Hərəkatının parlamentdəki “Əl-Vəfa lil-muqaviməh” fraksiyasının üzvü Hüseyn Caşi bildirib ki, işğalçı sionist rejim mübahisəli yataqda neft və qaz hasilatına başlayarsa, Hizbullah Hərəkatı hərbi variantdan istifadə edəcək.

Caşi “Əl-Arabi əl-Cədid” saytına müsahibəsində deyib: “Əgər (dəniz sərhədlərinin demarkasiyası haqqında) razılıq əldə olunmasa, sionist düşmən Kariş yatağından neft və qaz çıxarma bilməz. Bu sahədə hasilatın yeganə yolu livanlılarla sərhəddə və hasilatda razılığa gəlməkdir.”

O əlavə edib: “Livan heç vaxt zəif və aciz deyil ki, işğalçı rejim mübahisəli bölgələrdə neft çıxara bilsin. Sionist düşmən və ABŞ istəsələr, bunu sınaya bilərlər.”

O, həmçinin vurğulayıb ki, Livan ordusu, milləti və müqaviməti razılığa gəlməyə ciddi yanaşır və müharibə ardınca deyil, lakin heç vaxt milli hüquq və tələblərindən geri çəkilməyəcək.


1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP