Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2022

Putin dedi ki... - Vuçiç

Mediada heç kim fikir vermədi, amma Prezident Vladimir Putin ötən gün deyib ki, kimlərsə “Türk axını”nı dağıtmağa, qaz nəqlini dayandırmağa çalışıb.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Vuçiç Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanlarını ölkənin qaz nəqli sisteminin təhlükəsizliyini gücləndirməyə çağırıb:

“Bu baş versəydi, bilmirəm nə edərdik. Bu, işıqsız qalmağımız demək olardı. Novi Sad, Zrenjanin və Pançevoda qazla işləyən elektrik stansiyaları fəaliyyət göstərməyəcəkdi”.

Vuçiç əlavə edib ki, təkcə Belqrad gündə 3 milyon kubmetr qaz istehlak edir.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda Kiyev rejiminin “Türk axını” qaz nəqli sisteminin kəmərlərindən birini partlatmağa cəhd etdiyini iddia edib.


1894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP