Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2022

Misir və Yunanıstan Ankaraya qarşı birləşdi: Türkiyənin Liviya ilə müqaviləsi qeyri-qanunidir

Misir və Yunanıstanın yüksək rütbəli rəsmiləri Türkiyənin Liviya ilə yeni enerji müqaviləsini qəti şəkildə rədd ediblər.

Misirin xarici işlər naziri Sameh Şükri və Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviya ilə Türkiyə arasında imzalanan dəniz və enerji anlaşma memorandumunu qəti şəkildə rədd ediblər.

“Libyanexpress” saytının verdiyi xəbərə görə, Misirin xarici işlər naziri Sameh Şükri BMT-nin baş katibindən bu məsələ ilə bağlı mövqe bildirməsini istəyib.

Liviyada 2021-ci ildə BMT-nin rəhbərliyi ilə Liviya siyasi dialoq forumundan sonra başlayan Milli Birlik Hökumətinə toxunan Şükri deyib: “Birləşmiş Millətlər Təşkilatı sadəcə seyrçi olmamalıdır.” O əlavə edib ki, beynəlxalq ictimaiyyət tələblərə əməl etməlidir.

Şükri həmçinin Liviyada prezident seçkilərinin keçirilməsinin zəruriliyini, muzdluların və xarici qüvvələrin Liviyadan müəyyən vaxt çərçivəsində çıxarılmasının vacibliyini vurğulayıb.

Yunanıstanın xarici işlər naziri də Liviya Milli Birlik Hökumətinin missiyasının başa çatdığını və artıq Liviya xalqının nümayəndəsi olmadığını bildirərək deyib: “Milli birlik hökuməti beynəlxalq müqavilələr imzalaya bilməz.”

O qeyd edib ki, Misir və Yunanıstan Liviyada sabitliyi bərpa etməyə, Aralıq dənizini qurmağa çalışır və Türkiyənin Liviya ilə yeni razılaşması qanunsuzdur.


1837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
Go to TOP