Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2022

Həzrət Məhəmmədin (s) besətdən qabaqkı həyatından

Nurlu viladət

İslam Peyğəmbəri (s) amul-fil ili (571-ci miladi ili) rəbiül-əvvəl ayının 17-də cümə günü fəcr doğanda Məkkə şəhərində dünyaya göz açmışdır. Allahın elçisinin dünyaya gəldiyi zaman dünyada bir sıra xariqüladə hadisələr baş verdi. Bəzi xəbərlərə görə, Məhəmmədin (ə) doğulduğu gün bütün bütlər yerindən qoparaq dağıldı, Mədain sarayının böyük eyvanı (İran şahı Ənuşirəvanın sarayı) titrədi və onun on dörd günbəzi uçdu, Savə gölünün suyu yerə çəkildi və qurudu, Fars diyarının atəşkədəsi min ildən sonra söndü.

Südəmərlik dövrü
Həzrət Məhəmməd (s) dünyaya gələndə artıq atası vəfat etmişdi. Onun qəyyumluğunu babası Əbdül-Müttəlib öhdəsinə aldı.
Anası Aminə deyir: Məhəmməd dünyaya gəldikdən sonra əllərini yerə qoydu, başını səmaya tərəf qaldırdı və ətrafa baxdı. Sonra ondan bir nur parlayaraq hər yeri işıqlandırdı. Bu nur arasında bir səs eşitdim ki, deyirdi: “De: Sığınıram bir olan Allaha həsəd edənlərin şərindən! Onun adını Məhəmməd qoy.”

Peyğəmbərin (s) uşaqlıq dövrü
Aminə körpəsinə bir neçə gün süd verdi. Ancaq onun südü olmadığından Məhəmmədi Həlimə adlı dayəyə verdilər. Həlimə ona dayəlik etməyi çox sevinclə qəbul etdi və Məhəmmədi (ə) özü ilə səhraya apardı. Artıq neçə il idi ki, səhraya yağış yağmırdı və quraqlıq keçirdi. Məhəmməd (s) dayəsi ilə səhraya gəldikdə göy guruldadı, qara buludlar göyün üzünü aldı və güclü yağış yağdı. Beləliklə, əzab-əziyyət və çətinlik səhradan uzaqlaşdı.

Anasının vəfatı
Həzrət Məhəmməd (ə) beş yaşında ikən anasının yanına qayıtdı. Bir gün Aminə Məhəmmədin (ə) babası Əbdül-müttəlibin yanına gedərək dedi: “Atacan, Məhəmmədi Yəsribə, dayılarının yanına aparmaq istəyirəm.” Əbdül-Müttəlib icazə verdi. Aminə, Məhəmməd (s) və Ümmü-Əymənlə birlikdə Yəsribə yola düşdü. Yəsrib yolunda Aminə Məhəmmədi (s) atasının məzarının yanına apardı. Aminə əllərini Abdullahın məzarının üstünə qoyaraq pıçıltı ilə dedi: “Abdullah, oğlunu gətirmişəm”. Sonra ağlamağa başladı və əri ilə dərdləşdi. Anasının ağlamağına Məhəmmədin (s) ürəyi dözmədi və kiçik qollarını anasının boynuna dolayaraq dedi: “Anacan ağlama. Atam narahat olar.” Aminə göz yaşlarını silib yerindən qalxdı və Məhəmmədi (s) qohumlarının evinə apardı.

Yəsribdə bir ay qaldıqdan sonra Aminə və Məhəmməd (s) Məkkəyə tərəf yola düşdülər. Yəsribdən uzaqlaşdıqca Aminənin ürəyi Abdullahın ayrılığından qəm-qüssə ilə dolur və qəlbi ağırlaşırdı. Hətta, bunu kiçik yaşlı oğlu Məhəmməd (s) də hiss edirdi. O anasına dedi: “Anacan! İstəyirsən dayanıb bir az dincələk.” Aminə dedi: “Yox oğlum, tez gedib Məkkəyə çataq.” Yol üstündə onlar Əbva adlı kiçik şəhərə çatdılar. Aminənin vəziyyəti çox ağır idi. Ümmü-Əymən onu dəvədən endirdi. Aminə artıq güclə nəfəs alırdı və bədəni qızdırma içində yanırdı. Məhəmməd (s) pərvanə kimi anasının başına dolanırdı. Aminənin vəziyyəti yaxşılaşmadı və elə orada vəfat etdi. Camaat Aminənin cənazəsini dəfn etməyə aparmaq üçün gəldi. Məhəmməd (s) anasını qucaqladı və onun yanaqlarını öpərək yavaşca dedi: “Anacan! Sən də məni yalqız qoyub getdin?”

Aminənin cənazəsini Əbva şəhərinin qəbristanlığında dəfn etdilər. Məhəmməd (s) qəmgin və anasız, dəvəyə minib Ümmü-Əymənlə birlikdə Məkkəyə qayıtdı.
Aminənin vəfatından sonra da Məhəmmədə (s) Əbdül-Müttəlib qəyyumluq edirdi. Əbdül-Müttəlib onun üçün həm ata, həm də ana idi. O, Məhəmmədi çox sevirdi.

Məhəmmədin (s) haram yeməkdən çəkinməsi
Məhəmməd (s) yeddi yaşına çatdıqda yəhudilər onda peyğəmbərliyin əlamətlərini müşahidə etdilər və öz aralarında dedilər: Biz öz kitablarımızda oxumuşuq ki, Allahın elçisi haram və şübhəli yeməklər yemir. Yaxşı olar ki, Məhəmmədi imtahan edək. Onlar bir toyuq oğurlayıb, xörək hazırladılar və Məhəmmədə (s) göndərdilər. Ancaq həzrət o xörəkdən yemədi. Bunun səbəbini soruşduqda buyurdu: “Çünki bu yemək haramdır və Allah məni haramdan qoruyur.” Yəhudilər yenidən bir toyuq oğurladılar və toyuğun pulunu sonradan ödəyəcəklərini niyyət edərək, onu Məhəmmədə (s) göndərdilər. Lakin həzrət bu dəfə də o toyuqdan yemədi və buyurdu: “Allahım məni şübhəli yeməklərdən qoruyur.”

Babasının vəfatı
Ömrünün ata-anasız qəçiliyilə Xədicə ilə izdivac etdi.
Xədicə, Peyğəmbərin (s) besətindən sonra ona iman gətirən ilk qadın idi və İslamın genişlənməsi üçün bütün sərvətini Peyğəmbərin (s) ixtiyarında qoydu. Xədicə iyirmi beş il Peyğəmbərlə (s) birgə yaşadı və besətin onuncu ilində vəfat etdi.
Peyğəmbər (s) onun barəsində buyurub: “Hamı məndən uzaqlaşanda Xədicə mənə qoşuldu. O, İslam yolunda heç vaxt məni tək qoymadı və həmişə məni himayə etdi. Allah onu rəhmət etsin.”

“On dörd məsumun həyatı” kitabından
Qəmli-kədərli səkkizinci ilini yaşayan Məhəmməd (s) yenidən ağır mənəvi bir zərbə ilə üzləşdi. Bu dəfə doğulduğu gündən onu öz övladlarından da çox əzizləyən babasını; Əbdül-Müttəlibi itirdi.
Əbdül-Müttəlib vəfatından öncə Məhəmmədin (s) qəyyumluğunu öz oğlu Əbu Talibə (İmam Əlinin (ə) atası) tapşırdı.

Rahib Buheyra
Məhəmmədin (s) on iki yaşı olanda Əbu Talib bir ticarət səfərinə çıxdı. Bu səfərdə Məhəmməd (s) də onunla idi. Bir gün karvan Şam şəhərinin yaxınlığında yerləşən kiçik Busra şəhərinə yetişdi. Burada çox qədim bir somiə var idi və orada Buheyra adlı bir rahib yaşayırdı. O, birdən görür ki, bir bulud parçası Əbu Talibin karvanının üzərinə kölgə salmışdır və karvan hara gedirsə, bulud da onunla gedir. Buheyra dostlarından birini karvanın ardınca göndərir və onları qonaq çağırır. Qüreyşin böyükləri mallara nəzarət etməyi Məhəmmədə (s) tapşırır və onu karvanın yanında tək qoyaraq özləri qonaqlığa gedir. Buheyra oxuduğu əlamətləri onların heç birində müşahidə etmir. Ona görə də soruşur: - Karvan əhlindən bura gəlməyən bir kəs qalıbmı? Cavab verirlər: - Yalnız bir yeniyetmə karvanın mallarına nəzarət etmək üçün qalıb. Buheyra onun da gəlməsini istəyir. Həzrət Məhəmməd (s) içəri daxil olanda Buheyra ötəri olaraq ona baxır və bildiyi bəzi əlamətləri onda görür. Məkkə əhlinin Lat və Üzzaya (iki büt adı) and içməsini bilən Buheyra, Məhəmmədi (s) o bütlərə and verərək deyir: - Səni Lat və Üzzaya and verirəm ki, soruşduğum bütün suallara doğru cavab ver. Məhəmməd (s) buyurur: “Mənim yanımda Lat və Üzzanın adını çəkmə. Allaha and olsun ki, heç bir şeyə, bu iki şey qədər nifrət etmirəm.”

Buheyra onu Allaha and verdi. Məhəmməd (s) buyurdu: İndi nə istəyirsən soruş.
Buheyra ondan yaxşı və pis şeylərin əlamətləri haqqında soruşdu və cavabda onların hamısının öz bildiyinə uyğun olduğunu gördü. Sonra Əbu Talibdən soruşdu: - Bu cavan sənin yaxınındırmı?
Əbu Talib cavab verdi: - O, mənim qardaşım oğludur. Buheyra dedi: Onu öz torpaqlarına geri qaytar. Mənim onda müşahidə etdiklərimi yəhudilər də görsələr, onu öldürəcəklər. Yəhudilərin fitnəsindən onu qoru ki, zərər yetirə bilməsinlər. Sənin qardaşın oğlu peyğəmbərlik məqamına yetişəcək.

Həcərül-əsvədin yerinə yerləşdirilməsi
Məhəmmədin (s) bərəkətli ömründən 35 il ötürdü. Besətdən 5 il qabaq Məkkə qəbilələri Kəbə evini təmir etmək qərarına gəldilər. Camaat əl-ələ verərək Kəbə evinin təmirini başa çatdırırlar. Ancaq “Həcərül-əsvəd”in yerinə qoyulması məsələsi qəbilələr arasında böyük bir ixtilafa səbəb oldu. Çünki hər bir qəbilə bu şərəfli işin özünə nəsib olmasını arzulayırdı. Bu barədə ixtilaflar çox şiddətləndi. Onların ağsaqqallarından biri belə bir təklif irəli sürdü: Bəni-Şeybə qapısından içəri daxil olan ilk şəxs bu məsələdə hakimlik etsin və onun sözünə əməl edək.
Bütün qəbilələr təklifi qəbul etdilər. Gözlər qapıya dikildi. Birdən Məhəmməd (s) həmin qapıdan içəri daxil oldu. Onu görən kimi hamı sevinərək ucadan dedilər: Bu Məhəmməd, bizim əmanətdar adamımızdır. Biz onun hakimliyinə razıyıq.
Onlar əhvalatı Məhəmmədə (s) danışdılar və bu mübahisəli məsələ haqqında hökm verməsini xahiş etdilər. Məhəmməd (s) ortaya bir parça sərdirdi və orada olanlara daşı o parçanın üstünə qoymalarını, eləcə də hər qəbilədən bir nəfərin parçanın bir tərəfindən tutub Həcərül-əsvədi Kəbənin divarının yanına aparılmasını əmr etdi. Onlar Həcərül-əsvədi Kəbənin divarının yanına gətirdikdən sonra Məhəmməd (s) Həcərül-əsvədi götürərək divarda yerinə yerləşdirdi. Məhəmməd (s) bu tədbiri ilə hər bir qəbiləni öz arzusuna çatdırdı və eləcə də onların arasındakı şiddətli ixtilafı həll etdi.




1961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP