Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2022

Çin ABŞ-ın gizli planını xatırlatdı: 7 ölkəyə hücum...

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litszyan ABŞ Quru Qoşunlarının istefada olan sabiq komandanı Uesli Klarkın Pentaqonun hərbi planları ilə bağlı 15 il əvvəlki çıxışından bir parçanı sosial şəbəkə səhifəsində paylaşıb.

XİN sözçüsü Klarkdan sitat gətirərək, “Əlində çəkic varsa, hər şey sənə mismar kimi görünür” sözlərini yazıb.

“Generalın 2007-ci ildə Kaliforniyanın Həmrəylik Klubunda “Liderlik vaxtı: vəzifə, şərəf, ölkə naminə” mövzusunda məruzəsinin səsyazması var. Orada general qeyd edir ki, 2001-ci ildə Pentaqonda Baş Qərargah nümayəndəsi ABŞ Müdafiə Nazirliyinin məxfi - beş il ərzində yeddi ölkədə hökumətlərə hücum edib, onları məhv etmək strategiyasını anladıb. Söhbət İraq, Suriya, Livan, Liviya, Somali, Sudan və İrandan gedirdi. Eyni zamanda, Klark demişdi ki, Pentaqonun əməkdaşları özləri də hərbi əməliyyatlar üçün ilkin şərtlərin nə olduğunu tam anlaya bilməyiblər”, - deyə çinli rəsmi qeyd edib.


1864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP