Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2022

Salavat haqqında

“Əhzab” surəsinin 56-cı ayəsində buyurulur:

إِنَّ اللَّهَ وَمَلَائِکَتَهُ یُصَلُّونَ عَلَى النَّبِیِّ یَا أَیُّهَا الَّذِینَ آمَنُوا صَلُّوا عَلَیْهِ وَسَلِّمُوا تَسْلِیمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”

Qiyamətdə ən ağır əməl
İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:
“Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinə olan salavatdır.”

Salavat yazmağın mükafatı
İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu:
“Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir, mələklər onun üçün rəhmət və istiğfar edərlər.”

Nifaqı aradan qaldırmaq
Allahın Rəsulu (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu:
“Mənə və Əhli-beytimə salavat göndərmək nifaqı aradan aparır.”

Salavat ilə əlaqədar hökmlər (Ayətullah əl-üzma Sistaninin fətvalarına uyğun olaraq)

Məsələ 1477. İnsan hər vaxt həzrət Rəsuli-əkrəmin (səlləllahu ələyhi və alihi və səlləm) Muhəmməd və Əhməd kimi mübarək adlarını, yaxud Mustafa və Əbülqasim (səlləllahu ələyhi və alihi və səlləm) kimi ləqəb və künyəsini deyərsə və ya eşidərsə, hətta namazda olsa belə, müstəhəbdir ki, salavat desin.
Bu hökm onun nəzərdə tutulduğu “Rəsulullah” (Allahın elçisi), Peyğəmbəri-əkrəm kimi sözlərin, habelə onu bildirən şəxs əvəzliklərin deyilməsinə, yaxud eşidilməsinə də şamildir.

Məsələ 1478. Rəsuli-əkrəmin (səlləllahu ələyhi və alihi və səlləm) adını, ləqəbini, yaxud künyəsini yazarkən salavatı da kamil şəkildə yazmaq müstəhəbdir.

Həmçinin, daha yaxşı olar ki, hər vaxt o həzrəti (səlləllahu ələyhi və alihi və səlləm) yad etsə, salavat desin.

1479. Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adı təkrar zikr olunduqda, salavatı təkrarlamaq müstəhəbdir. Peyğəmbərə (səlləllahu aləyhi və alihi səlləm) salavat göndərmək üçün səsi ucaltmaq müstəhəbdir və bunun nifaqı aradan qaldırdığı rəvayət edilmişdir.

1480. İnsan təşəhhüd arasında Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını eşitdiyi zaman təşəhhüddə vacib olan salavatla kifayətlənə bilər.

1481. Ehtiyat odur ki, salavatın fəzilətini dərk etmək və bu halda müstəhəb olan işi yerinə yetirmək üçün Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adı ilə salavat arasında çox uzun fasilə salmasın. Ona görə də, əgər namaz qılarkən Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını desə və ya eşitsə, salavatı surənin sonuna qədər gecikdirməməlidir. Təbii ki, surənin axırında olarsa və fasilə uzun hesab edilməzsə iradı yoxdur.

1482. Peyğəmbərə (sallallahu ələyhi və alihi və səlləm) salavat deyərkən və ya yazarkən onun ailəsinə salavatı tərk etmək yaxşı deyil.
Odur ki, “səlləllahu ələyh” (Ona Allahın salavatı olsun) və ya “Əllahummə səlli əla Muhəmməd” demək və ya yazmaq əvəzinə belə deyilsin və ya yazılsın: “Səlləllahu ələyhi və alih” yaxud “Sələvatullahi ələyhi və alih”, ya “Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd”

1483. Başqa peyğəmbərlərin və ya imamların (Allahın salavatı və salamı onlara olsun) adları çəkildikdə, onlara da salavat göndərilməsi müstəhəbdir.


2154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP