Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2022

İrlandiyalı millət vəkili: Nə üçün fələstinliləri Ukraynadakı kimi silahlandırmırıq?

İrlandiya parlamentinin millət vəkili Kler Deyli son günlər sosial şəbəkələrdə çox paylaşılan çıxışında qərbin Fələstin və Ukrayna ilə bağlı ikili siyasətini tənqid edib.
Son bir neçə gündə sosial media fəalları irlandiyalı parlamentar Kler Deylinin Ukraynaya silah və hərbi texnika verilməsini müdafiəsiz fələstinlilər və yəmənlilərlə müqayisə etdiyi çıxışının videosunu geniş şəkildə paylaşıblar.
Deyli qərbin ikili siyasətini sərt şəkildə tənqid edərək deyib: “Biz daim Ukraynaya silah verilməsi barədə eşidirik, lakin bir dəfə də olsun kimsə fələstinlilərə və ya Yəmən xalqına silah verilməsindən danışmayıb.”
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri ABŞ və Avropa İttifaqı Ukraynanı hərtərəfli silahlandırır. Son aylar bu məsələ hətta Qərb dairələrinin də tənqidi ilə üzləşib. Təhlükəsizlik və hərbi analitiklər isə hesab edirlər ki, bu hərəkət Ukraynada müharibəni uzadacaq, Rusiya hücumlarını artıracaq, Avropada və dünyada enerji böhranını gücləndirəcək. Bu arada qərblilərin Fələstin və Ukrayna məsələsində ikili siyasəti də aydın görünməkdədir və qərbdə oyanmış vicdanlar tərəfindən tənqid edilir.


2049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP