Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2022

Ukrayna rəsmisi: Bayraqdar PUA-larının döyüş qabiliyyəti yoxdur

Ukrayna Müdafiə Şirkətləri Assosiasiyasının rəhbəri Sergey Paşinski etiraf edib ki, Türkiyənin istehsal etdiyi və qərb mediasının Ukrayna müharibəsində oyun dəyişdiricisi kimi təqdim etdiyi pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri qarşısında həddindən artıq zəifliyə görə döyüş effektivliyinə malik deyil.
Rusiyanın “Rasha Today” telekanalının məlumatına görə, telefonla müsahibəsində danışdığı şəxsin ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun olduğunu düşünən S. Paşinski deyib: “Bayrqdarda döyüş qabiliyyətindən daha çox ictimai əlaqələr və fəsadlar var.”

Türkiyə pilotsuz təyyarələrinin hər şeydən əvvəl ictimaiyyətlə əlaqələr layihəsi olduğunu ifadə edən ukraynalı rəsmi deyib: “Şəxsən mən bunun əleyhinə idim, çünki onlar hava hücumundan müdafiə sistemləri qarşısında son dərəcə zəifdir. Müharibə başlamazdan əvvəl Ukraynada çoxlu Bayraqdar var idi və onların hamısı bir həftə ərzində vuruldu.”

O, qeyd edib ki, bu dron özünü təmin edən silah deyil və digər vasitənin köməyi olmadan işləyə bilmir. Ona görə də hava hücumundan müdafiə sistemləri tərəfindən bir anda vurulur və heç bir döyüş effektivliyi yoxdur.”


2595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
Go to TOP