Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2022

Sionist rejimə aid PUA Nablusda süqut edib

Bu gün (çərşənbə) səhər saatlarında sionist rejimə məxsus PUA İordan çayının qərb sahilində Nablus səmasında qəzaya uğrayıb.
Sionist rejimin mətbuatında yayılan xəbərlərə görə, bu PUA “A-1 Skyraider” tiplidir və qəzanın səbəblərini öyrənmək üçün araşdırmalara başlanılıb.
Fələstinə aid digər xəbərə əsasən, Nablus və Ramallahda baş verən hadisələr və işğalçı sionist qüvvələrin Nablus şəhərinə hücumunda 6 fələstinlinin şəhid olması İordan çayının qərb sahili sakinlərinin ümummilli tətilinə səbəb olub.
Bazar ertəsi gecə saatlarında sionist qüvvələrin İordan çayının qərb sahilinin Nablus şəhəri və Ramallah kəndlərindən birinə vəhşicəsinə hücumu nəticəsində 6 fələstinli şəhid olub, 20 nəfər isə yaralanıb.
İordan çayının qərb sahilində yaşayan fələstinlilər də fələstinli qrupların dəvəti ilə İordan Vadisinin şəhər, qəsəbə, kənd və düşərgələrinin küçələrində yürüş keçirərək sionistlərin bu cinayətini pisləyiblər.
Bu yürüşdə iştirak edənlər beynəlxalq ictimaiyyətin işğalçı rejimin davamlı cinayətlərinə qarşı susmasını pisləyib və fələstinlilərə beynəlxalq dəstək tələb ediblər.


2409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP