Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2022

Sionist rejim generalı: Dəmir günbəz zəif və əhəmiyyətsiz bir sistemdir

Sionist rejimin tanınmış generalları etiraf edib ki, Dəmir günbəz müdafiə sistemi o qədər də təsirli deyil və İsrailin düşmənlərinin əlində olan silahlarla müqayisədə çox primitivdir.
İstefada olan general Yossi Langotsky ivrit dilində çıxan “Maariv” qəzetindəki məqaləsində vurğulayıb: “İsrailin fəxr etdiyi Dəmir günbəz sistemi primitiv sistemdir və İsraili təhdid edən, onun üçün strateji təhlükə hesab edildiyi proqnozlaşdırılan ssenarilərlə qarşılıqlı əlaqə qura bilmir.”
General qeyd edib ki, İsrailin strateji təhlükəsi qarşıdan gələn müharibədə bizə atılacaq 200.000 raketdir.
Onun sözlərinə görə, hər gün İsrailin dərinliklərinə iki min raket atmaq həm kəmiyyət, həm də keyfiyyətcə İsrailin daxili və arxa cəbhələrini tamamilə dağıda bilər. Təkcə strateji obyektləri deyil, həm də İsrail ordusu qüvvələrinin strukturunu məhv olacaq.
O, “quş təhlükəsi”nin təsvirini vurğulayaraq deyib: “Bu təhlükəyə raketlər, mərmilər və minaatan mərmiləri daxildir. Biz bir mindən çox birinci dərəcəli raketləri, yəni sürəti saniyədə 1300 metrə çatan sürətli raketləri gözləməliyik. Bu raketlərin dəqiq təyinetmə xüsusiyyəti var, hədəflərini dəqiq vura bilirlər, onlarda səhv ehtimalı cəmi beş metrdir, eyni zamanda, çəkisi yarım tona qədər olan yüksək partlayıcı və dağıdıcı döyüş başlıqları daşıyırlar.”
O bəyan edib ki, belə bir vəziyyətdə İsrail üçün ən böyük təhlükə Qəzza zolağındakı Fələstin qrupları və Livandakı Hizbullahdır.


1905 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP