Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2022

Beynəlxalq Valyuta Fondu: İranın 122 milyard dollarlıq valyuta ehtiyatı var

Beynəlxalq Valyuta Fondu son hesabatında İranın real valyuta ehtiyatlarının 122 milyard dollar olduğunu açıqlayıb və İranı Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyada valyuta ehtiyatlarına malik üçüncü ölkə kimi təqdim edib.
Beynəlxalq Valyuta Fondu Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyanın iqtisadi perspektivləri ilə bağlı hesabat silsiləsindən özünün son hesabatında bu il İranın mövcud valyuta ehtiyatlarını 30,8 milyard dollar olaraq qiymətləndirib. Bu rəqəm əvvəlki illə müqayisədə təxminən 13 milyard dollar artıb. 2021-ci ildə bu beynəlxalq təşkilat İranın mövcud valyuta ehtiyatlarının 17,7 milyard dollar olduğunu vurğulamışdı.
Buna əsasən, İran Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyanın 32 ölkəsi ilə müqayisədə valyuta ehtiyatlarının dəyəri baxımından çox yaxşı vəziyyətdədir və yalnız Səudiyyə Ərəbistanı və BƏƏ olmaqla iki ölkənin valyuta ehtiyatları İrandan irəlidədir.
Səudiyyə Ərəbistanı 2021-ci ildə 449,5 milyard dollarla regionun ən böyük valyuta ehtiyatlarına sahib olub.
İkinci yerdə 127,8 milyard dollar valyuta ehtiyatı ilə BƏƏ qərarlaşıb.
122 milyard dollar valyuta ehtiyatına malik İran bu il regionun valyuta ehtiyatlarına görə üçüncü ən böyük ölkə olub.
Regiondakı bəzi digər ölkələrin valyuta ehtiyatlarının məbləği aşağıdakı kimidir:
Əlcəzair 45,4 milyard dollar, Azərbaycan Respublikası 7,1 milyard dollar, Bəhreyn 4,7 milyard dollar, İraq 64,2 milyard dollar, Küveyt 44,9 milyard, Qətər 42,2 milyard, Ermənistan 3,2 milyard, Misir 39,4 milyard, İordaniya 19 milyard, Pakistan 35,6 milyard və Özbəkistan 35,1 milyard dollar.
Beynəlxalq Valyuta Fondu 2023-cü ildə İranın valyuta ehtiyatlarının daha 12 milyarddan çox artacağını proqnozlaşdırıb.


2137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP