Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2022

Qətər sionist rejimin bir neçə casusunu həbs edib

Qətər Kəşfiyyat Təşkilatı Qətərdə sionist rejimə casusluq etməkdə şübhəli bilinən Hindistan Hərbi Dəniz Qüvvələrinin 8 keçmiş zabitini həbs edib.

Əl-Vətən müstəqil xəbər saytının məlumatına görə, oktyabrın sonunda Hindistan adı çəkilən zabitləri azad etmək üçün səfirliyinin məsul işçilərinə kömək etmək məqsədilə Dohaya yüksək çinli rəsmi bir şəxs göndərib.
Əl-Vətənın məlumatına görə, onlara qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil, amma sızdırılan materiallar onların sionist rejimin xeyrinə casusluq etmələrindən bəhs edir.

Qəzet bildirib ki, səkkiz zabit Qətərdə bu ölkənin Hərbi Dəniz Qüvvələrinə logistika və avadanlıqların texniki xidməti kimi təlim və xidmətlər göstərən “Dahra” adlı özəl şirkət tərəfindən işə götürülüb.

Doha sentyabrın sonlarında saxlanılan casuslara ailələri ilə telefon əlaqəsi saxlamağa icazə verib.
Onların adı keçən şirkətlə 4 ildən 6 ilə qədər əməkdaşlıq etdikləri qeyd olunur.


2626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP