Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2022

Pakistanın terrorçulara qarşı İran intiharçı PUA-larından istifadə etdiyi iddia olunur

Bəluc separatçı döyüşçülərinin Pakistan ordusu tərəfindən öldürülməsindən 3 gün sonra Bəlucistan Azadlıq Ordusu çərşənbə axşamı verdiyi açıqlamada 8 döyüşçünün İrana məxsus kamikadze təyyarəsi tərəfindən öldürüldüyünü iddia edib.
Qrup sübut kimi pilotsuz təyyarədən atılan bir neçə raketin qalıqlarının fotolarını yayımlayıb.
Separatçı qrupun elanında bildirilir ki, Pakistan ordusu hərbi əməliyyatlarında İran pilotsuz təyyarələrindən istifadə etdiyini gizlətməyə çalışır.
Pakistan Ordusunun sözçüsü şənbə günü Bəlucistanın Kahan bölgəsində səkkiz bəluc separatçısının öldürüldüyünü və üç yaralı döyüşçünün həbs edildiyini açıqlayıb. Lakin BAO döyüşçülərinin həbsini inkar edib.
Pakistan ordusu hücumun bəluc separatçılarının hərbi təlim mərkəzini hədəf aldığını və onun məhv edildiyini bildirib.
Bu, Pakistan ordusunun hərbi əməliyyatlarda İranın intiharçı pilotsuz uçan aparatından istifadə etməsi haqda ilk iddiadır.
Qeyd edək ki, İran və Pakistan arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq müqavilələri vardır.


2197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP