Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2022

İranla müharibə etmək istəyənlərə

İkinci sözümüz

Azərbaycanda məlum olduğu kimi İranla müharibə etmək istəyənlər var. Amma xahiş edirəm əvvəlcə bu xəbəri oxusunlar.

İran hipersəsli ballistik raket hazırlayıb! Bu yeni raket bütün raketdən müdafiə sistemlərindən keçir.
SEPAH Aerokosmik Qüvvələrinin komandanı: İran hava hücumundan müdafiə qalxanlarına qarşı hipersəsli ballistik raket hazırlayıb.

Bu yeni raket bütün raketdən müdafiə sistemlərindən keçəcək və mən düşünmürəm ki, texnologiya onilliklər ərzində ona qarşı dura biləcək. Bu raket düşmənin raket əleyhinə sistemlərini hədəfə alır və raket sahəsində böyük nəsil sıçrayışıdır.

Xəbəri oxudunuzmu? İndi xahiş edirəm ki, düzünü deyəsiniz. Siz indiyədək bu xəbərdə adı keçən silahın adını tələffüz edə bilirdiniz?

Hə, bilirəm ki, ölkəmizdə Sərdar Cəlaloğlu, Kamran Həsənli kimi sionist İsrail rejiminin nökərləri olan insanların ağlında yüzlərlə, bəlkə minlərlə insanlar var. Onlar indi bizim verdiyimiz bu xəbəri oxuyanda bizə deyəcəklər ki, noldu? Qorxdunuz? İranın Sepahından, silahından qorxursunuz? Biz də onlara deyəcəyik ki, əlbəttə qorxuruq. Qorxmamalıyıq? Raqatkadan, suatan tapançadan danışmırıq axı. Yoxsa qorxmayanlar Azərbaycanda yaşamırlar. Yoxsa qorxmayanların balaları avropada yaşayır? Yoxsa aranı qızışdırıb aradan çıxacaqlar, ya da ən pis halda bunkerdə zadda gizlənəcəklər.

Sözümüz isə budur ki, siz hansı silahınız ilə müharibə etmək istəyirsiz? Qarabağda müharibə edən qazilər də yoxdular, özlərini yandırıblar. Görmədiniz ki, Zəngəzur anonsu veriləndə heç kimdən səs çıxmadı? Nə İran Ermənistan deyil, nə də Zəngəzur Qarabağ. Ağlınızı başınıza yığın. Bəli, bəli, başınızın qalırlarını, yerə tökülən beyninizi küçədən, ordan burdan yığmamış ağlınızı başınıza yığın.

Hə sizin silahınız Sərdar Cəlaloğlu və Kamran Həsənlinin silahı olan sionist rejimdir. Bu bədbəxt insanlar tez-tez İranla müharibə söhbəti ortaya atılanda deyirlər ki, İran bizə xox gəlsə İsrail durub dalımızda. Bu axmaq insanlar anlamırlar ki, İsrail, Türkiyə sənin dalında dayansaydı uzun illərdir yalançı və talançı hakimiyyətin zülmü altında inləyən Azərbaycan xalqı üçün bir gün ağlayar, onu qaniçən hakimiyyətin əsarətindən xilas edərdi də. Sionist rejim Livan Hizbullahı ilə bacarmır, Türkiyə bacarandırsa öz ölkəsində PKK ilə bacarsın.

Siz doğrudan da elə düşünürsünüz ki, sionist rejim sizi dəstəkləyəcək? Siz doğrudan da yəni bu qədər sağlam düşüncəni əldən vermisiniz?


2474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP