Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2022

Türkiyə ordusunun zirehli maşını Suriyada bir qız uşağı və nənəsinin üstündən keçib

Suriya torpaqlarının bir hissəsini işğalda saxlayan Ankara rejimi ordusunun bu ölkədə qəddarlığı son həddə çatıb. Onlar bu dəfə zirehli texnika ilə nənə və nəvəsinin üstündən keçiblər.
Suriya KİV-ləri bu gün xəbər veriblər ki, Türkiyə zirehli maşını Suriyanın şimalındakı kəndlərdən birində bir qadın və bir uşağın üzərinə keçib. Bu qəddarlıq bölgə sakinlərinin etirazına səbəb olub.
Bu xəbərə görə, Türkiyəyə məxsus iki zirehli texnika Ebin qəsəbəsindəki hərbi məntəqədən Hələbin qərbində yerləşən Əl-Ətaribdəki digər hərbi məntəqəyə gedərkən onlardan biri “səhvən” yeddi yaşlı qızın və onun 70 yaşlı nənəsinin üzərindən keçib.
Müxalifətə yaxın olan “Enab Bələdi” saytının məlumatına görə, bu ərazinin sakinləri türk zirehli texnikasını mühasirəyə alaraq onları daşa basıblar. Bundan sonra ərazidə fəaliyyət göstərən “İctimai Təhlükəsizlik Təşkilatı”nın maşınları qeyd olunan iki zirehli texnikanı müşayiət edərək polis bölməsinə çatdırıblar.


2343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP