Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2022

Putin: Qısa müddətdə qərar olacaq

Rusiya Qərb ölkələrinin qiymət tavanı tətbiq etmək qərarına cavab tədbirlərindən biri kimi neft hasilatını azaltmağı nəzərdən keçirir.

Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

“Reaksiyamıza gəlincə, mən artıq dedim: biz sadəcə olaraq belə qərarlar verən ölkələrə satmayacağıq. Mən indi demirəm ki, bu, qərardır, lazım gələrsə, hasilatın azaldılmasının mümkünlüyü barədə düşünəcəyik. Bizim OPEK+ ilə məlum hasilat hədəfi ilə bağlı razılaşmamız var. Lazım gələrsə, əlavə nələrsə düşünəcəyik. Mən Rusiyanı nəzərdə tuturam”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda cavab variantlarını nəzərdən keçirir, cavabın yekun variantı yaxın vaxtlarda prezidentin fərmanında təsbit olunacaq.


2163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP