Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2022

Avropa yeni müharibə ilə üz-üzə

Balkan bölgəsində yeni müharibə təhlükəsi hər keçən gün daha da artır.

Kosovanın, serblərin yaşadığı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırmaq qərarından sonra qarşıdurma başlayıb.

Kosova hökuməti Serbiya ilə sərhəddəki Ujman gölü yaxınlığında polislərə atəş açıldığını bildirib. Üç istiqamətdən açılan silahlı hücuma polislər atəşlə cavab verib.

Serbiya prezidenti Aleksandr Vuçiç dünən axşam saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirib. Vuçiç iclasdan sonra bildirib ki, müharibə əmrini verməmişdən öncə sülhü qorumağa çalışacaqlar.

“Kosovadakı serblər üçün çətin günlərdir, onlarla birlikdəyik. Vətənimizi qorumaq üçün lazım olan tədbirləri gördük. Ən vacib əmirləri verdim və Milli Təhlükəsizlik Şurasında qəbul olundu. Polis və hərbçilərimizlə qürur duyuruq. Lakin müharibə əmrini verməmişdən öncə sülhü qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Vuçiç qeyd edib.

Kosovanın baş naziri Albin Kurti isə Serbiyanın bir neçə gündür onları hücumla təhdid etdiyini açıqlayıb.

“Serbiya yenidən müharibə vaxtına qayıtmaq istəyir”, - baş nazir bildirib.

Qeyd edək ki, qarşıdurmaya səbəb Kosovada serblərin kompakt yaşadığı ərazilərdə 18 dekabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə görə təhlükəsizlik qüvvələrinin sayını artırmasıdır. Hazırda Kosova-Serbiya sərhədində barrikadalar qurulub. Serbiya xüsusi təyinatlı qüvvələrinin Kosova sərhədinə toplandığı haqda məlumatlar var.


2404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP