Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2022

Türkiyədə avtoritar rejimin müxalifət partiya üzvünü həbs etməsi ölkəni qarışdırdı

İki gündür ki, minlərlə türkiyəli İstanbulun iki il yarımlıq həbs cəzasına məhkum edilmiş müxalifətçi bələdiyyə sədrinə dəstək nümayişi keçirir.
İstanbulun məşhur bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyənin Ali Seçki Komitəsinin üzvlərini təhqir etməkdə ittiham edilərək İstanbul məhkəməsi tərəfindən təqsirli bilinib.
Bu xəbəri açıqlayan “Associated Press” xəbər verib ki, bu cəzaya həbs və İmamoğlunun hər hansı siyasi fəaliyyətinə qadağa daxildir.
Bu xəbərə görə, minlərlə insan bu hökmə etiraz olaraq artıq ikinci gündür ki, İstanbul Bələdiyyəsi qarşısında aksiya keçirir.
İmamoğlu ona qarşı çıxarılmış hökmə etiraz etməyi planlaşdırır. Müxalifət partiyaları bu məhkəmə prosesinin Ankara rejiminin prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm əleyhdarlarından birini uzaqlaşdırmaq cəhdi olduğunu bildirirlər.
Çərşənbə günü İstanbul məhkəməsi İstanbulun müxalif bələdiyyə sədri Əkrəm İmamoğlunu siyasi fəaliyyət qadağası ilə yanaşı, 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edib.
İmamoğlu Türkiyədə müxtəlif müxalifət qruplarının, xüsusilə də İmamoğlunun bağlı olduğu ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının tərəfdarları və azadlıqsevərlər tərəfindən geniş dəstək alır.


2450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP