Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2022

BMT Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu müəyyən edən qətnamənin təsdiqlədi

BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyası Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna dair qətnaməni təsdiqləyib.
Fələstin Muxtar Hökumətinin xarici işlər naziri Riyad əl-Maliki 168 ölkənin bu qətnamənin lehinə səs verdiyini açıqlayıb.
Sionist rejim, Çad, Marşal adaları, Mikroneziya, Nauru və ABŞ bu qətnamənin əleyhinə səs verib və 9 ölkə bitərəf qalıb.
Əl-Maliki bu qətnamənin təsdiqini alqışlayıb və ona səs verən ölkələrə təşəkkür edib. “Bu qətnamənin qəbulu xalqımızın öz müqəddəratını təyin etmək hüququnu məhv etmək hərəkatlarına təbii reaksiya və sionist rejimin cinayətlərinə qarşı ictimai qarşıdurmadır” deyə, nazir bildirib.
Fələstin muxtariyyətinin xarici işlər naziri BMT-yə üzv dövlətləri Fələstin xalqına və onun toxunulmaz hüquqlarına dəstək verməklə bağlı öhdəliklərini yerinə yetirməyə, işğalçılarla mübarizə üçün əməli tədbirlər görməyə çağırıb.
HƏMAS-ın xaricdəki rəhbər heyətinin üzvü Hişam Qasim də BMT-nin Baş Assambleyasının Fələstin xalqının hüququnun müəyyən edilməsinə dair qətnaməsini yüksək qiymətləndirib.
O deyib ki, bu qətnamə Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnun vurğulanması sahəsində əvvəlki qətnamələrin, habelə, BMT və beynəlxalq dairələrin Fələstin torpaqlarının işğalına son qoyulması sahəsində öhdəliklərinin yerinə yetirilməsi və Fələstin xalqının bütün beynəlxalq standartlarda və nizamnamələrdə müəyyən edilmiş hüquqlarını həyata keçirilməsinin davamında baş tutur.
Xatırladaq ki, BMT Baş Assambleyası bu ayın əvvəlində Fələstinlə bağlı beş qətnamənin də lehinə səs vermişdi.
Bundan əvvəl BMT-nin Baş Assambleyası üzvlərin əksəriyyətinin razılığı ilə Fələstin xalqının bu ölkənin təbii sərvətləri üzərində daimi suverenliyini vurğulayan qətnaməni təsdiqləyib.


3081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP