Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2022

BMT-nin yüksək səviyyəli nümayəndə heyəti Ayətullah Sistani ilə görüşüb

BMT-nin bir qrup yüksək rütbəli üzvü şiələrin təqlid mərcələrindən olan Ayətullah əl-üzma Seyid Əli Sistanini İŞİD-lə bağlı araşdırmaları barədə məlumatlandırıb.
BMT baş katibinin müşaviri və İŞİD-in İraqdakı cinayətləri ilə bağlı araşdırma şurasının direktoru Kristian Riçard bir nümayəndə heyəti ilə şiələrin ali təqlid mərcələrindən olan Ayətullah Seyid Əli Sistaninin görüşünə gedib.
“Əl-Əhd” telekanalının bildirdiyinə görə, bu nümayəndə heyətinin üzvləri bu gün ciddi təhlükəsizlik tədbirləri altında təqlid mərcəsinin Nəcəfdəki evinə gediblər.
Telekanal qeyd edib ki, BMT-nin nümayəndə heyəti Ayətullah Sistanini İŞİD terrorçularının fəaliyyəti ilə bağlı apardığı son araşdırmalar barədə məlumatlandıracaq.
Kristian Riçard Ayətullah Sistaninin evindən çıxdıqdan sonra deyib: “Ali mərcəiyyət sülhə və ədalətə çağırdı. İŞİD cinayətlərinin araşdırılması qrupunun formalaşmasından bu yana cənab Sistani öz uzaqgörənliyi ilə bizə yol göstərdi.”
Digər tərəfdən, Ayətullah Sistaninin dəftərxanası da bu görüş haqda bəyanat yayaraq bildirib: “Ali mərcəiyyət BMT-nin araşdırma qrupunun İŞİD-in cinayətləri ilə bağlı qısa izahatlarını dinlədi, iraqlıların öz ölkələrini İŞİD-dən xilas etmək üçün apardıqları böyük mübarizədə qələbə çaldıqlarını xatırlatdı.”
Bəyanatın davamında vurğulanır ki, Ayətullah Sistani bu görüşdə iraqlıların fədakarlığını alqışladı və bunu yüksək qiymətləndirdi, eyni zamanda İŞİD-in əsir götürdüyü türkmən və yəzidi qadınların xilas edilməsinin vacibliyini vurğuladı, habelə İŞİD cinayətləri nəticəsində zərər çəkən insanlara, xüsusən də köçkünlərə və qaçqınlara ədalətlə yanaşılmasını istədi.


2482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP