Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2022

Bütün dünya qadınları 2023-cü ilin fevral ayında hicaba dəvət olundu

Ümumdünya Hicab Günü Təşkilatı müsəlman qadınlara həmrəylik və dəstək nümayiş etdirmək məqsədilə dünyadakı bütün müsəlman və qeyri-müsəlman qadınları 2023-cü il fevralın 1-də hicab geyinməyə dəvət edib.

1 fevral 2023-cü il unudulmaz bir gündür. Çünki dünyada bütün irqlərdən olan bütün qadınlardan ayrı-seçkilikdən əziyyət çəkən müsəlman qadınlarla həmrəy olmaq üçün hicab geyinmələri istənilir.
Öz illik təşəbbüsü ilə Ümumdünya Hicab Günü (WHD) dini mənsubiyyətindən asılı olmayaraq bütün dünya qadınlarından fevralın 1-də hicablı olmağı, beləliklə, ayrı-seçkiliyə məruz qalan müsəlman qadınlarla birlik və həmrəylik sərgiləməyi istəyib.

Bəzi ölkələrdə müsəlman qadınlar məhdudiyyətlərlə üzləşirlər, hicaba görə siyasi fəaliyyətlərinə icazə verilmir. Hətta bəzi ölkələrdə hicablı qadınların cəmiyyət arasına çıxmasını qadağan edən qərarlar qəbul edilir. Həmin səbəbdən də bu təşkilat maarifləndirmə yolu ilə müsəlman qadınlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparır.

Təşkilatın bəyanatında vurğulanır: “Sistemli hicab fobiyası ilə mübarizədə cəmiyyət birlikdə olmalıdır.”
Təşkilatın bəyanatında bütün dünya qadınlarına müraciətlə bildirilir: “Hicab seçən müsəlman qadın və qızlar sizin dəstəyinizlə qorxmadan, narahatlıq keçirmədən və tərəddüd etmədən hicab geyə bilərlər.”
Qlobal hicab maarifləndirilməsi tədbirinin təşkilatçıları dünya qadınlarından istəyiblər ki, hicab fobiyası fenomenini aradan qaldırmaq üçün yeni səylərində 2023-cü il təşəbbüsünü bayram etsinlər.
Ümumdünya Hicab Günü hər il fevralın 1-də qeyd olunur. Bu gün 11 sentyabr hadisələrindən sonra İslam əleyhinə reaksiyaların ardınca amerikalı müsəlman qadın Nəzmə Xan tərəfindən təklif edilərək təsis olunub. Ümumdünya Hicab Günündə müxtəlif dinlərə mənsub qeyri-müsəlman qadınlar bir gün hicab geyinərək, hicab təcrübələrini ifadə edirlər.

Tədbir hər il fevralın 1-də dünyanın 140 ölkəsində keçirilir. Bu gün dünya üzrə 1 milyona yaxın qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.


2810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP