Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2022

ABŞ-da çovğunda ölənlərin sayı 63-ə çatıb

ABŞ-ın mərkəzi və şərq ştatlarının bir hissəsində ötən həftə sonu baş vermiş qar fırtınası qurbanlarının ümumi sayı 63 nəfərə çatıb.

Onların əksəriyyəti (33 nəfər) Nyu-York ştatının qərbində, Buffalo şəhərində və onun ətraflarında qeydə alınıb.

Məlumata görə, ölənlərin sayı hələ də arta bilər. Belə ki, ştatın bu hissəsinə güclü qar davam edir.

Həmçinin, qar fırtınasının nəticələri nəticəsində insanların ölümü Kanzas, Kentukki, Missuri, Ohayo və Tennessi də daxil olmaqla 11 ştatda da qeydə alınıb.


2469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP