Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2023

Oman Şura Məclisi sionist rejimlə əlaqələri cinayət hesab edib

Oman Sultanlığı Şurası sionist rejimə qarşı sanksiya qanununun 1-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini icra prosesini tamamlamaq üçün Qanunvericilik və Hüquq Komitəsinə təhvil verib.
Bu barədə "WAF" xəbər agentliyi Oman Şura Məclisinin sədr müavini Yaqub Əl-Harisiyə istinadən bildirib ki, bu təklif adıçəkilən maddədə vurğulanan sanksiyaların (münasibətlərin kəsilməsi) əhatə dairəsini genişləndirir və sionist rejimlə münasibət qurmağın cinayət hesab edilməsinə səbəb olur.
Əl-Harisi həmçinin bildirib ki, sözügedən qanun hazırkı formada istər fiziki, istərsə də hüquqi şəxslərdən olsun, sionist rejimlə hər hansı qarşılıqlı əlaqəni qadağan edir.
Oman təmsilçisinin sözlərinə görə, ölkə parlamentinin üzvləri bu tələbi irəli sürüblər və qanunda dəyişiklikləri istəyiblər. Onların bu tələbi texniki, mədəni, iqtisadi və idman da daxil olmaqla bir çox sahələri əhatə edir. Buna görə də onlar iqtisadi, idman və mədəni əlaqələrin kəsilməsini, bu rejimlə hər hansı bir şəkildə qarşılıqlı əlaqənin qadağan edilməsini ehtiva edən daha çox dəyişiklik təklif etdilər.
Bununla əlaqədar olaraq sionist rejimin mediaları Omanın sionist təyyarələrinin bu ölkə üzərindən keçməsinə qarşı çıxması səbəbindən ötən ay Hindistana ondan çox aviareysin ləğv edildiyini elan edib.


1959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP