Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2023

Homoseksual, qondarma sionist rejimin parlamentinə başçı gətirilir

Sionist mediasının verdiyi xəbərə görə, məşhur homoseksual Əmir Ohana knessetin növbəti sədri təyin oluna bilər.
Sionist “Yediot Aharonot” qəzetinin bildirdiyinə görə, sionist müvəqqəti rejimin kabinetini formalaşdırmaq üçün təyin edilmiş baş nazir Binyamin Netanyahu hələ də yeni kabinet işə başlamazdan əvvəl öz partiyasının – mühafizəkar Likud partiyasının – qanunvericiləri arasında vəzifə bölgüsü ilə məşğul ikən, Əmir Ohananın knessetin növbəti spikeri, bu vəzifəyə təyin olunan ilk açıq gey olması ehtimalı vardır və bu ehtimal çox güclü görünür.
Son günlər Netanyahunun növbəti kabinetinin tərkibi qalmaqal yaradıb və dəfələrlə etirazlara səbəb olub.
Korrupsiya və rüşvətxorluqda əli olduğu üçün işi hələ də məhkəmədə olan Netanyahu bu mühakimədən xilas olmaq üçün sionist rejimin kabinetini oğurluq, korrupsiya, irqçilik və terror aktları ilə bağlı adları hallanan sionistlərlə formalaşdırmağa cəhd edir. Bu məsələ daxildə və xaricdə müxalifətin etirazına səbəb olub.
İşğal olunmuş Fələstin ərazilərinin minlərlə sakini 17 dekabrda sionist parlamentin qarşısında Netanyahunun kabinetinin formalaşmasına və onun kabinetində cinayətlərdə təqsirli bilinən radikalların olmasına qarşı etiraz aksiyası keçirdi.
Bu həftənin şənbə günü də “Walla” xəbər saytı Hayfa şəhərində (işğal olunmuş Fələstinin şimalı) minlərlə insanın Netanyahu və onun yeni kabinetinə qarşı nümayiş keçirərək Netanyahunun cinayətkar olduğuna aid şüarlar səsləndirdiyini bildirib.


1970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP