Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2023

İƏT BMT-nin sionist rejim əleyhinə qətnaməsini alqışlayıb

İslam Əməkdaşlıq Təşkilatı şənbə günü verdiyi bəyanatda BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini, xüsusilə də Beynəlxalq Cinayət Məhkəməsindən (Haaqa) sionist rejimin işğalçılıq mahiyyəti ilə bağlı qərar çıxarmasını tələb edən qətnaməni alqışlayıb.
BMT Baş Assambleyasının şənbə günü qəbul etdiyi qətnamədə Beynəlxalq Cinayət Məhkəməsindən (Haaqa) istənilir ki, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun pozulmasının hüquqi nəticələri, sionist rejimin Fələstini uzunmüddətli işğalda saxlaması, habelə işğal olunmuş Qüdsdə cəmiyyətin tərkibini dəyişdirmək məqsədilə qəsəbələr salınması və digər tikintiləri və işləri haqqında hökm çıxarsın.
Bu qətnamə 87 lehinə, 26 əleyhinə və 53 bitərəf olmaqla təsdiq edilib.
“Rəy əl-Yəvm” qəzetinin məlumatına görə, Beynəlxalq Əməkdaşlıq Təşkilatı bu qətnamənin lehinə səs verən ölkələrin mövqelərini yüksək qiymətləndirib, beynəlxalq hüquqa sadiqliyi və haqq-ədalət və sülh prinsiplərinə əsaslanan tarixi mövqelərə uyğunluğu vurğulayıb.


1889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP