Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2023

Sionist rejim vəhşət içində: Hizbullahın raketləri bizə sığınacağa qaçmağa imkan verməyəcək

Sionist rejim bu günlərdə əvvəlki günlərdən daha çox qorxuya düşüb və öz məhvinin daha yaxın olduğunu görür. Belə ki, sionist rejimin analitikləri və generalları Livan Hizbullahının raket qüdrətini bu rejim üçün strateji və əsas təhlükə adlandırıblar və bildiriblər ki, bu raketlər işğal altındakı Fələstinin şimalında bizə sığınacağa getmək imkanı verməyəcək qədər yaxındır.

Sionist rejiminə aid “Jerusalem Post” qəzeti sionist analitik Neville Taylorin məqaləsini dərc edərək bildirib ki, Təl-Əviv İranın nüvə proqramı ilə yanaşı, Hizbullahın Livandakı ucsuz-bucaqsız raket arsenalını özü üçün əsas strateji təhlükə hesab etməlidir.

N. Taylor öz təhlilində qeyd edib ki, Hizbullah qüvvələri son vaxtlar işğal olunmuş Fələstinlə Livan sərhədində fəaliyyətlərini genişləndirib, onlarla müşahidə mərkəzləri yaradıb, patrullarını artırıblar, açıq şəkildə sionist qüvvələrin hərəkətlərini izləyir və sənədləşdirirlər.

Analtik əlavə edib: “Hizbullah sərhəddədir. Ona görə də hər şeyə hazır olmalıyıq. Çünki təhlükə və təhdid çox ciddidir, Suriya ilə münaqişənin ortasında istənilən gözlənilməz hücum Livanda böyük münaqişəyə gətirib çıxaracaq.”

“Jerusalem Post” qəzeti daha sonra Hizbullahın sionist rejimə qarşı hazırkı təhdidləri haqqında yazıb və sionist generaldan sitat gətirib: “Biz bilirik ki, onlar - Hizbullahın Rizvan briqadasının qüvvələri – buradadır. Əgər onlar raket atsalar, sığınacaqlara qaçmağa vaxtımız olmayacaq. Çünki Metula (işğal olunmuş Fələstinin şimalında) qəsəbəsi sərhədə çox yaxındır.”

Sionist general vurğulayıb: “Onlar (Hizbullah) çox yaxındırlar. Biz bilirik ki, Hizbullah Metula qəsəbəsini raketlərlə hədəfə almaqla yanaşı, bizə üç və ya dörd cəbhədən hücum edə bilər.”

Sonda sionist “Jerusalem Post” qəzeti yazıb ki, Hizbullah qüvvələri Suriyada təcrübə qazanıblar və onların çoxlu sərbəstlikləri var, daha çox atəş gücünə malikdirlər, müşahidə mərkəzlərindən və döyüş təşkilatlarından faydalanırlar.


1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP