Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2023

ABŞ və Ərəbistanın Yəməni bölmək üçün yeni çirkli planı

Diplomatik mənbələr ABŞ və Səudiyyə Ərəbistanının Yəmənə qarşı yeni məkrli planını açıqlayıb və bu iki ölkənin öz gümanlarına əsasən Yəmən böhranının həllinə nail olduqlarını bildiriblər.
Bu mənbələr sözügedən məsələ barədə “Əl-Xəbər əl-Yəməni” xəbər saytına bildiriblər ki, ABŞ-ın Yəmənə göndərdiyi Linderkinqin komandası Səudiyyə rəsmiləri ilə Yəmənin şimal və cənub olmaqla iki hissəyə bölünməsi barədə razılığa gəlib. O, bu iddia edilən razılığa Ər-Riyada səfəri zamanı nail olub.
Bu mənbələrə görə, ABŞ Yəmənin cənubunun BƏƏ-nin muzdlu silahlıları kimi tanınan Cənub Keçid Şurasına, şimalının isə Ənsarullaha verilməsini təklif edib.
ABŞ-ın Yəməndəki nümayəndəsi dünən bildirib ki, 2023-cü il Yəməndəki müharibəni nəhayət başa çatdırmaq üçün fürsət yaranacaq və onun ölkəsi bu məqsədlə Oman və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir.
Səkkiz ildən artıqdır ki, Yəmən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının müharibə və təcavüzünün şahidi olub.
ABŞ-ın dəstəklədiyi cinayətkar ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı Yəmənin istefa verərək ölkədən qaçmış prezidentini hakimiyyətə qaytarmaq bəhanəsi ilə 26 mart 2015-ci ildən Yəmənə qarşı hərbi təcavüzə başlayıb və Yəməni qurudan, havadan və dənizdən mühasirəyə alıb və qeyri-bərabər müharibəyə başlayıb və bu, BMT rəsmilərinin fikrincə, bugün dünyanın ən pis humanitar fəlakətinə çevrilib.


1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP