Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2023

İranlı məhbus həbsxanada dissertasiya müdafiə edib

Bir neçə ildir ki, maliyyə işi ilə bağlı həbsdə olan məhkum virtual formada “İT menecmenti” ixtisası üzrə magistrlik dissertasiyasını müdafiə edib.

Onun müdafiə iclası Tehran vilayətinin Həbsxanalar Baş İdarəsinin səyləri və universitetlə məsləhətləşmələrdən sonra keçirilib və bu da hər iki tərəfdən müsbət qarşılanıb.

Məhkum həbsxana mühitində məhbuslar üçün yaradılmış imkanlardan faydalanaraq bundan əvvəl də həbsxanada ingilis dili tərcüməsi üzrə dosent dərəcəsi, habelə “biznesin idarə edilməsi” və “biznes” üzrə iki bakalavr dərəcələri alıb.

Bu məhbus şəxsi şikayətçisinin olduğundan 2008-cı ildən həbsdədir.

İran həbsxanaları bəzi ali məktəblərlə əməkdaşlıq edərək maraqlanan abituriyentlərə həbsxana mühitində təhsil almaq və universitet dərslərində iştirak etmək imkanı yaradıb.

Həmçinin, digər məhbuslar cəzaçəkmə müəssisələrində cəza çəkdikləri müddətdə ibtidai sinif və savadlılıq səviyyəsindən tutmuş universitet pillələrinə qədər bütün səviyyələrdə olan şəraitlə təhsil ala bilərlər.


1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP