Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2023

Təl-Əviv və Hayfada Netanyahuya qarşı kütləvi nümayişlər - Video

Sionist daxili müharibə ərəfəsindədir.
On minlərlə sionist şənbə günü Təl-Əviv və Hayfa şəhərlərində sionist rejimin baş nazirinə qarşı nümayiş keçirib. Sionist rejimin keçmiş müharibə naziri Benni Qantz da Netanyahu əleyhinə Təl-Əvivdə keçiriləcək nümayişə qatılacağını açıqlayıb.
İşğal olunmuş ərazilərin sakinlərinin bugünkü aksiyası bu rejimin məhkəmə sistemində islahatlar planına etirazdır. Levinin bir neçə gün əvvəl dərc etdiyi məhkəmə sistemində islahat planı adlanan plan sionist rejimin ali məhkəməsinin hakimi də daxil olmaqla, hakimlərin təyinatına tam kabinet nəzarəti məqsədi ilə hazırlanıb. Bu plan ali məhkəmənin nazirlər kabinetinin qanun və qərarlarını ləğv etmək səlahiyyətini ciddi şəkildə məhdudlaşdırır, knessetə məhkəmənin yalnız 61 üzvün razılığı ilə ləğv etdiyi qanunları yenidən qəbul etməyə icazə verir.
Netanyahunun başçılıq etdiyi və Itmar Ben Goyer və Bezalel Smotriç kimi şəxslərin müşayiəti ilə yeni sionist kabineti qurulandan bəri sionist mediası bu kabinetin Təl-Əvivin məhkəmə sistemini zəifləndirmək niyyəti barədə xəbərlər dərc edir. Çünki məhkəmədə Netanyahu və onun bir çox ekstremist müttəfiqlərinin korrupsiya və terror hadisələri ilə bağlı dosyeləri mövcuddur və onlar mühakimə olunurlar.
Bir neçə gün əvvəl sionist rejimin keçmiş baş naziri Ehud Barak Benyamin Netanyahunun rəhbərlik etdiyi indiki ifrat sağçı kabinetə etiraz edərək, bu kabineti devirmək üçün küçə nümayişləri və toqquşmalara çağırıb.
O, bu barədə “Yediot Axronot” qəzetində dərc olunan qeyddə yazıb: “Benyamin Netanyahu hökuməti ilə ixtilaf müharibə mərhələsinə çatır və bu əsl xəbərdarlıqdır. Çünki təhlükə yaxın və qaçılmazdır və işğala əsaslanan siyasi sistemin dağılmasına gətirib çıxaracaq. İsraillilərin susması ilə xoşagəlməz hadisələr davam edəcək. Ona görə də gözlərini açsınlar, bu mübarizədə harada dayandıqlarını özlərindən soruşsunlar, nə qədər ağrılı və ağır olsa da, əsl cavabı tapsınlar.”




1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP