Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2023

Amerika jurnalı İran dronlarının gücünü etiraf edib

Amerika nəşri bazar günü yazdığı məqalədə Qərbin, xüsusən də ABŞ-ın sanksiyalarına baxmayaraq, İranın müdafiə sənayesinin hər cür PUA istehsal etmək qabiliyyətinə işarə edərək yazıb: “İranın aerokosmik və dron sənayesi genişlənməyə və irəliləməyə davam edib.”
“National Interest” jurnalında “Yaxın Şərq” Analitik Mərkəzinin eksperti, Florida Universitetinin elm və beynəlxalq əlaqələr üzrə dosenti Erik Loeb tərəfindən hazırlanmış hesabatın bir hissəsində belə deyilir: “Amerika illərdir ki, İranın sənaye və hərbi komplekslərinə qarşı sanksiyalar tətbiq edib. Buna baxmayaraq, İranın aerokosmik və dron sənayesi genişlənməyə və irəliləməyə davam etmişdir.”
Müəllif bu hesabatda yazır: “Qərbin sanksiyaları İranın hərbi pilotsuz təyyarələrin istehsalında və bazarında aparıcı oyunçuya çevrilməsinə və öz texnologiyasını tərəfdaşları ilə paylaşmasına mane ola bilməyib.”
Müəllif qeyd edir ki, İran 1980-ci illərin ortalarında İran-İraq müharibəsindən bəri hərbi pilotsuz təyyarələr istehsal edib və ondan istifadə edir. 33-dən çox nümunə ilə İranın qabaqcıl hərbi pilotsuz təyyarələrinin kolleksiyası onun təhlükəsizlik və güc strukturunun dörd strateji sütunundan birini təşkil edir və raket texnologiyasını, proxy qüvvələrini və kiber müharibəni tamamlayır.
Erik Laub hesabatının davamında yazır: “PUA-lar getdikcə daha çox İranın asimmetrik döyüş üstünlüyü təmin edir. İran pilotsuz təyyarələri qərbli nümunələrdən daha ucuzdur və subut etmişdir ki, həm regional, həm də Fars körfəzi və onun ətrafındakı Amerika aktivlərinə qarşı döyüş meydanında effektivdir.”
Məqalənin başqa bir hissəsində pilotsuz təyyarələrin İrana öz gücünü və texnologiyasını nümayiş etdirməyə imkan verdiyi qeyd olunur.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar toplusuna toxunan müəllif yazır: “Sanksiyaların artırılması təkcə İranın müstəqillik və özünü təmin etməsini nümayiş etdirmir, həm də ölkənin sanksiyalardan yayınmaq üçün qeyri-adi qabiliyyətini sübut edir.”
Erik Loeb tövsiyə edib ki, Amerikanın İran pilotsuz təyyarələri məsələsi və bəzi ölkələrə ixracı ilə bağlı çətinliklərini nəzərə alsaq, Amerikanın iqtisadi sanksiyalar əvəzinə İrana qarşı yeni strategiya qəbul etməsi daha yaxşı olar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin saytı da bu yaxınlarda yazıb: “İran PUA daşıyan gəmilər hazırlamaqla diqqətini Fars körfəzinə yönəldib və döyüş qabiliyyətini artırıb.”
ABŞ Hərbi Dəniz Qüvvələrinin internet saytı bu yaxınlarda İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus “Şəhid Məhdəvi Gəmisi”nin Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbasdakı İran Dəniz Gəmi İnşası və Sənaye Kompleksində üzən dokdakı fotolarını nümayiş etdirib.
Hərbi məsələlər üzrə analitiklərdən biri bu internet saytına deyib: “Dünya İranın uzaq mənzilli zərbə imkanlarını artırmaq üçün ticarət gəmiləri və neft tankerlərindən necə istifadə etməyi planlaşdırdığına diqqət yetirməlidir.”


2474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP