Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2023

Lavrov: İran Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesinə qoşulur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün (çərşənbə axşamı) İranın Rusiya, Türkiyə və Suriyanın üçtərəfli çərçivəsinə qoşulması üçün ilkin razılığın əldə olunduğunu bildirib.
Lavrov Misirin xarici işlər naziri Sameh Şükri ilə birgə mətbuat konfransında bu barədə bildirib ki, Rusiyanın iştirakı və vasitəçiliyi ilə İranın Türkiyə və Suriyanın əlaqələr qurması prosesinə qoşulması üçün ilkin razılığa gəliblər.
“Sputnik” agentliyinin məlumatına görə, S. Lavrov daha sonra belə deyib: “Rusiya Ərdoğanın Əsədlə münasibətləri normallaşdırmaq istəyini dəstəkləyir və bu sahədə səylərini artırmağa hazırdır.”
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, İran Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesinə qoşulacaq.


1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP