Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2023

Ayətullah Xamenei: Onların ağrısını hiss edirik

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələyə toxunaraq deyib: “Türkiyə və Suriyada müsibətlərə düçar olmuş qardaşlarımıza görə təəssüf hissi keçiririk.”
İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər (çərşənbə axşamı, 8 fevral) İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanları və əməkdaşları ilə görüşdə Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələyə toxunaraq deyib:

“Türkiyədə və Suriyada müsibətlərə düçar olmuş qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan vəfat edənlərə rəhmət, yas sahiblərinə səbr diləyirik. Biz özümüz də (bu müsibətə) düçar olmuşuq, zəlzələ baş verəndə, ailələr öz əzizlərini itirəndə bu müsibətin nə qədər ağır və acı olduğunu bilirik və onların ağrısını hiss edirik. Uca Allahdan onlar üçün səbr və mənəvi təskinlik diləyirik.
Məsul şəxslər də yardım ediblər və yenə də yardım edəcəklər.”


2463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP