Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2023

10 şəhid və 102 yaralı; sionistlərin Nablus şəhərində son cinayəti

Fələstin Səhiyyə Nazirliyi bəyanat yayaraq, sionist hərbçilərin İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində törətdiyi cinayətin şəhidlərinin sayının bu gün (22 fevral) 10 nəfərə yüksəldiyini açıqlayıb. Yaralıların sayı isə 102 nəfərdir.
“Safa” Xəbər Agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyi yaralılardan altısının vəziyyəti ağır olduğunu qeyd edib. Şəhidlərdən ikisi 61 və 72 yaşında, digərləri isə 23-25 yaş arasındadır.
Sionist polisin dörd xüsusi bölməsindən biri olan “Yamam” vəhşiləri bu gün “Əl-Qəsbə” məhəlləsində fələstinli gənci təqib edərək, bir yaşayış evini mühasirəyə alıblar və sakinlərlə qarşıdurma yaranıb. Sionist hərbçilər mühasirədə olan bu evə iki raket atıblar.
Sionistlərin bu günkü vəhşiliklərinə manasibət bildirən “Kətaib əl-Qəssam” Briqadasının sözçüsü Əbu Ubeydə deyib: “Qəzzədə müqavimət cəbhəsi düşmənin işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı artan cinayətlərini izləyir və müqavimətin səbr kasası daşmaqdadır.”


3414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP